Fələstin Müqavimət Komitələrinin İnformasiya Ofisi yaydığı bəyanatda bildirib: “Amerika hökumətinin qardaş komandir Yəhya Sinvar və onun silahdaşlarına qarşı iddiası Amerikanın Fələstin xalqına qarşı təcavüz serialının başqa bir hissəsidir ki, son 11 aydan bəri bütün fələstinlilərə qarşı soyqırım müharibəsində fəal iştirak etməyə başlamışdır.”
Fələstin Müqavimət Komitələrinin bəyanatında əlavə olunur: “Amerikanın son hərəkəti bunu göstərir ki, Amerika hökuməti sionist rejimini qeyri-məhdud və kor-koranə dəstəkləyir, Fələstin xalqı və onun rəhbərləri ilə qarşıdurma yaratmaq üçün hər cür səy göstərməkdən çəkinmir.”
Bəyanatda qeyd olunur ki, Amerikanın qaldırdığı istənilən iddia sionist qatillər, işğalçı rejimin müharibə cinayətkarları və onların Vaşinqtondakı havadarlarına qarşı olmalıdır ki, işğalçı rejimə silah verməklə on minlərlə fələstinlinin öldürülməsinə kömək edir, Qəzzə zolağında və İordan çayının qərb sahilində həyat üçün lazım olan bütün infrastruktur obyektlərini məhv edirlər.
Fələstin Müqavimət Komitələri həmçinin bildirib: “Amerikanın son iddiaları etibarsız, beynəlxalq qanunlara və müqavilələrə ziddir, Fələstin xalqının iradəsini heç vaxt zəiflədə bilməyəcək, sionist-Amerika koalisiyasının məğlubiyyəti və Qüdsü işğal etmiş rejimin məhv edilməsinə qədər fələstinlilərin mübarizə, cihad və müqavimətlərini davam etdirmələrinə heç vaxt mane ola bilməyəcək.”
Sizin rəyiniz